İndiyədək 1000-ə yaxın şəxsə əks göstəriş sertifikatı verilib
Cəmiyyət
17:14 14 sen, 2021
Müraciət edən vətəndaşlara əks-göstəriş sertifikatı verilib
![İndiyədək 1000-ə yaxın şəxsə əks göstəriş sertifikatı verilib](https://qazet.az/resized/fit900x500/center/pages/25270/5e1bf62f-02ef-4b5b-b3e4-8f941dde1001.jpeg)
"COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib".
Bu barədə Qazet.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova deyib.
O bildirib ki, bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.