Bakı 9˚C Mostly cloudy

“İndoneziya Günü” ilə bağlı Fəvvarələr meydanında konsert olub

Cəmiyyət 16:42 20 noy, 2022
“İndoneziya Günü” ilə bağlı Fəvvarələr meydanında konsert olub

"İndoneziya Günü” ilə bağlı Fəvvarələr meydanında konsert olub.

Bu barədə Qazet.az-a İndoneziyanın Azərbaycandakı Səfirliyindən bildirilib.

İndoneziya səfiri Hildi Hamid açılış nitqi ilə çıxış edərək bildirib ki, tədbirin məqsədi incəsənət və mədəniyyətin müxtəlifliyini, eləcə də müxtəlif İndoneziya məhsullarını Azərbaycan xalqına nümayiş etdirmək cəhdidir.

Konsert proqramı anqklunq, talemponq və sapenin sədaları, musiqi qrupunun canlı ifaları və rəqqasların hərəkətləri ilə yadda qalıb.

Bundan əlavə, İndoneziya Səfirliyinin əməkdaşları, İndoneziya incəsənəti və mədəniyyəti üzrə təqaüd proqramının (BSBI) məzunları tərəfindən “jaipong, enggang, ondel-ondel və indanq rəqsləri” təqdim edilib.

Müxtəlif ənənəvi musiqi və rəqslərdən əlavə, ziyarətçilər bakso, qızardılmış əriştə, satay padanq, rendanq və mendoan tempeh, dadar qulunq, risol və onde-onde” kimi ənənəvi İndoneziya təamlarını dadmaq imkanı əldə ediblər.

Aparıcının İndoneziya haqqında suallarını cavablandıran tamaşaçılar interaktiv oyunlarda da fəal iştirak ediblər. İştirakçılar maraqlı İndoneziya suvenirlərindən ibarət hədiyyə çantaları qazanıblar.

Həmçinin izləyicilərə İndoneziyaya məxsus müxtəlif əl işləri və batik parçalar, toxuculuq nümunələri, ənənəvi geyimlər və müxtəlif bölgələrdən suvenirlər də nümayiş etdirilib.

İndoneziyaya müxtəlif turpaketlərin satışı ilə məşğul olan Azərbaycanın “Falcon Luxury Travel” turizm agentliyinin stendi də diqqət cəlb edib.

“İndoneziya Günü” ilə bağlı Fəvvarələr meydanında konsert olub
“İndoneziya Günü” ilə bağlı Fəvvarələr meydanında konsert olub