İndoneziya sahillərində zəlzələ baş verib
Hadisə
08:00 30 dek, 2022
İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 840 min nəfər əhalisi olan Padanq şəhərindən 340 km cənub-qərbdə yerləşir. Təkanlar 10 km dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.