İndoneziyada güclü zəlzələ baş verdi
Hadisə
00:12 10 yan, 2023
İndoneziyanın Kepulauan Babar regionunda 7,6 bal gücündə zəlzələ baş verib.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymsoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin 100 km dərinlikdə meydana gəldiyi bildirilib.
Dağıntı və tələfat haqqında məlumat verilmir.