Bakı 5˚C Showers

İndoneziyada güclü zəlzələ oldu

Gündəm 11:11 16 noy, 2022
İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Sumatra adasının cənub-qərbində 6 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin 10 km dərinlikdə yerləşdiyi bildirilib. İnsan təlfatı və dağıntıların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında baş verən şiddətli zəlzələdən sonra sunami fəlakəti olub və Hind okeanı zolağı boyunca 226 min insan həlak olub.