İndoneziyada Semeru vulkanı püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində (Yava adası) Semeru vulkanının püskürməsi baş verib.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Fəsadlarının Yumşaldılması üzrə Milli Agentliyi məlumat yayıb.
Vulkanın 1,5 min metr hündürlüyə kül və tüstü sütunu atdığı qeyd edilib. Vulkana 5 km-dən yaxından yaxınlaşmaq yasaqlanıb.
Püskürmənin hər hansı fəsadları barədə məlumat verilmir.
Eyni zamanda, Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsi səbəbindən hazırda məlumatları nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib. Bildirilib ki, bu baş verərsə, dalğalar Okinavanın cənub prefekturasındakı ucqar adalara çata bilər.
Xatırladaq ki, Semeru vulkanı düz bir il əvvəl dekabrın 4-də püskürüb. Nəticədə 50-dən çox insan həlak olub. Semeru Yava adasının ən hündür zirvəsidir. İndoneziyada 130-a yaxın aktiv vulkan var.