İndoneziyada zəlzələ baş verib
Hadisə
07:07 08 dek, 2022
İndoneziyanın Yava adasında 6.1 bal gücündə zəlzələ baş verib.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Boqor şəhərindən 45 km şimalda, 134 km dərinlikdə yerləşib. Dağıntı və tələfat yoxdur.
Sunami xəbərdarlığı elan edilməyib.