İndoneziyada zəlzələ olub, ölən və xəsarət alanlar var
Xəbərlər
10:24 01 okt, 2022
İndoneziyanın Sumatra adasının şimalında baş verən güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Qazet.az-ın xəbərinə görə, bu barədə şənbə günü "Reuters" yerli meteorologiya xidmətinə istinadən məlumat yayıb.
Cümə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi orada 5,7 bal gücündə zəlzələ qeydə alıb.
Məlumata görə, təbii fəlakətin episentri Qərbi Sumatra əyalətində yerləşən Sibolqa şəhərindən (təxminən 79,7 min nəfər əhalisi var-red) 37 km şimalda, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.