İndoneziyanın ən hündür vulkanı püskürdü - FOTO
Hadisə
07:57 12 yan, 2023
İndoneziyanın ən hündür vulkanı olan Kerinçi vulkanı püskürüb.
Sumatra adasında yerləşən vulkanın külləri 900 metr yüksəkliyə çatıb.
Bu barədə Geoloji Fəlakətlərin Tədqiqi üzrə Milli Mərkəzdən məlumat verilib.
Püskürmə səkkiz dəqiqədən çox davam edib.
Yerli hökumət yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün təxliyə marşrutu hazırlayır.