Bakı 6˚C Dreary

İnfeksionist: “Hazırda Azərbaycanda respirator infeksiyalar geniş yayılmayıb”

Cəmiyyət 18:37 20 okt, 2021

Hətta keçən il bu sahə üzrə xəstələnmə ötən illərdəkindən az olub

İnfeksionist: “Hazırda Azərbaycanda respirator infeksiyalar geniş yayılmayıb”

“Payız və qış fəslində mövsümi xəstəliklərin yayılması təbiidir. Hazırda respirator infeksiyaların rast gəlmə tezliyi əvvəlki illərdən heç də çox deyil. Hətta keçən il bu sahə üzrə xəstələnmə ötən illərdəkindən az olub”.

Qazet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, ötən il Azərbaycan vətəndaşları qripə qarşı peyvənd edilib: “Qoruyucu tədbirlər eyni zamanda respirator infeksiyaların sayının azalmasına səbəb olub. Yəqin ki, bu il də həmin göstərici artmayacaq. Güman edirik ki, il də say çox olmayacaq”.