Bakı -6˚C Rain and snow

İnfeksionist "Omikron" ştamının ölkəmizdə yayılacağını ehtimal edib

Cəmiyyət 12:44 09 dek, 2021

“Omikron” ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə edilir

İnfeksionist "Omikron" ştamının ölkəmizdə yayılacağını ehtimal edib

Məlum olduğu kimi, artıq dünyanın 57 ölkəsində “Omikron” ştammı yayılıb.

Qazet.az xəbər verir ki, Yenisabah.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, Azərbaycanda hazırda “Omikron”dan əvvəlki variantların mövcudluğu təsdiqlənib:

“Dominant olan “Delta” variantıdır. “Omikron” hələ ki Azərbaycanda aşkarlanmayıb. Lakin tezliklə ölkəmizdə də yayılacağı gözlənilir. Çünki “Omikron” çox sürətlə yayılan ştamdır.

COVID-19-un bu növü ilə bağlı son məlumatlar o qədər də narahatedici deyil. Lakin xəstəliyin gedişatında ağırlaşma halları baş verə bilər”.

Nicat Əzimlinin sözlərinə görə, digər ilkin məlumatlarda isə xəstəliyin klinik gedişatının “Delta” qədər ağır olmadığı deyilir. “Bu hələ tam təsdiqlənməmiş ilkin məlumatlardır. “Pfizer-Biontech” üzərində aparılan tədqiqata əsasən isə, bu peyvənd “Omikron”a qarşı da effektlidir”.

Mütəxəssis qeyd edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində yeni variantın genetik molekulyar zəncirini aşkarlayan PZR testləri keçirilir və bu testlər ştammı müəyyən etməyə imkan verir.