Bakı 1˚C Showers

İnformasiya agentliyinin təsisçisi öldürülüb

Gündəm 12:41 29 okt, 2021

Bu barədə yerli “Heraldo de Chiapas” nəşri məlumat yayıb

İnformasiya agentliyinin təsisçisi öldürülüb

Meksikada tanınmış jurnalist Fredi Lopes Arevalo evinə qayıdarkən ölkənin cənubunda yerləşən San-Kristobal-de-las-Kasas bələdiyyəsində namələum şəxs tərəfindən güllələnərək öldürülüb.

Qazet.az xəbər verir ki, bu barədə yerli “Heraldo de Chiapas” nəşri məlumat yayıb.

Bildirilib ki, 62 yaşlı Fredi Lopes Arevalo müxtəlif xarici informasiya agentliklərinin müxbiri işləyib, yerli “Novedades de Mexico”, “Prensa Libre de Guatemala” və “Notimex” nəşrlərində baş redaktor işləyib.

Fredi Lopes Arevalo “Maya Press” adlı regional informasiya agentliyini təsis edib. Agentlik Çyapas ştatında baş verən hadisələrlə bağlı oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandırır.