Bakı 29˚C Sunny

İngilis dilini öyrənən tələbələr üçün yeni dərs vəsaiti nəşr olunub

Xəbərlər 16:56 13 sen, 2022
İngilis dilini öyrənən tələbələr üçün yeni dərs vəsaiti nəşr olunub

Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının filologiya üzrə fəlsəfə doktoru Xatirə Qocayevanın “İmprove your English through reading” adlı dərs vəsaiti işıq üzü görüb.

 Qazet.az xəbər verir ki, dərs vəsaiti ingilis dilini ixtisas dili kimi öyrənənlər – bakalavrlar və magistrantlar üçün nəzərdə tutulub.

Dərs vəsaitindən ingilis dilini sərbəst öyrənənlər də istifadə edə bilərlər.