Bakı 12˚C Cloudy

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İdman 16:28 18 dek, 2022
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası (EFA) millinin baş məşqçisi Qaret Sautgeytin postunda qalacağını təsdiqləyib.

Qazet.az-ın məlumatına görə, bu barədə EFA rəsmi tviter hesabı vasitəsi ilə açıqlama yayıb.

52 yaşlı mütəxəssis 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında da komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ilin sentyabrından İngiltərə millisinə başçılıq edir. Böyük britaniyalılar təcrübəli mütəxəssisin rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Fransaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.