Bakı 23˚C Windy

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İdman 15:56 31 dek, 2022
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Ferlan Mendi karyerasını İngiltərədə davam etdirə bilər.

Qazet.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl" 27 yaşlı müdafiəçi ilə maraqlanır.

Premyer Liqa təmsilçisi fransalı oyunçunu qış transfer dönəmində heyətinə qalmaq istəyir. Daha əvvəl İspaniya klubunun Mendi üçün 50 milyon avro istədiyi bildirilib.

Qeyd edək ki, Ferlan Mendi 2019-cu ildən "Real Madrid"də çıxış edir. Onun müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.