İngiltərə klubu rekordu təkrarladı
İdman
10:30 06 yan, 2023
![İngiltərə klubu rekordu təkrarladı](https://qazet.az/resized/fit900x500/center/pages/138653/0-12.jpg)
“Mançester Siti” İngiltərə Premyer Liqasının XIX turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etməklə 63 illik rekordu təkrarlayıb.
Qazet.az xəbər verir ki, “şəhərlilər” London təmsilçisinə ardıcıl 4-cü matçda qalib gələrək buna nail olub.
Pep Qvardiolanın kollektivi “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.
Qeyd edək ki, “Mançester Siti” bundan əvvəl İngiltərə Liqa Kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə Kubokunun III raundunda üz-üzə gələcəklər.