İngiltərə millisi 57 ildən sonra öz uğurunu təkrarlayıb
Gündəm
11:27 16 noy, 2021
Britaniyalılar sonuncu dəfə 1964-cü ildə ABŞ yığmasına eyni hesabla qalib gəlib
Futbol üzrə İngiltərə millisi 57 ildən sonra ilk dəfə bir oyunda 10 qol vurub.
Qazet.az-ın məlumatına görə, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 2022-ci il dünya çempionatının seçmə mərhələsində San Marinonu 10:0 hesabı ilə üstələyib.
Britaniyalılar sonuncu dəfə 1964-cü ildə ABŞ yığmasına eyni hesabla qalib gəlib.
Qeyd edək ki, İngiltərə I qrupunu 26 xalla birinci pillədə bitirib və DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb.