İngiltərə yığması 1/4 finalda Fransa ilə üz-üzə gələcək
Gündəm
09:12 05 dek, 2022
![İngiltərə yığması 1/4 finalda Fransa ilə üz-üzə gələcək](https://qazet.az/resized/fit900x500/center/pages/128752/1670213621ccd6591a-44b7-411e-b103-23afdb5fc701.jpg)
Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Qazet.az xəbər verir ki, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.
İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.
İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.
Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.