Bakı 19˚C Mostly cloudy

İngiltərədə daha çox futbolçusu peyvənd olunan klublara mükafat veriləcək

İdman 16:40 29 sen, 2021

Çempionatda yalnız 7 klubun oyunçularının 50 faizdən çoxuna peyvənd vurulub

İngiltərədə daha çox futbolçusu peyvənd olunan klublara mükafat veriləcək

İngiltərə Premyer Liqasında daha çox futbolçusu peyvənd olunan klublar mükafatlandırılacaq.

Qazet.az "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi oyunçuların aşılanmasının yavaş tempdə davam etməsindən narahatdır.

Klublara ən yüksək mükafatın təqdim olunacağı ilə bağlı məktub ünvanlanıb. Çempionatda yalnız 7 klubun oyunçularının 50 faizdən çoxuna peyvənd vurulub.

Nəşr bildirib ki, aşılanan futbolçuların sayından asılı olaraq, klublara koronavirusla bağlı qaydaları yumşaltmaq təklif olunacaq.