Bakı 24˚C Sunny

İngiltərədə Superkubokun qalibi müəyyənləşib

İdman 00:20 31 iyl, 2022

Mersisayd təmsilçisi Lester şəhərində son İngiltərə çempionu "Mançester Siti"ni 3:1 məğlub edərək bu titula yiyələnib

İngiltərədə Superkubokun qalibi müəyyənləşib

"Liverpul" 16-cı dəfə İngiltərə Superkubokunun sahibi olub.

Qazet.az xəbər verir ki, Mersisayd təmsilçisi Lester şəhərində son İngiltərə çempionu "Mançester Siti"ni 3:1 məğlub edərək bu titula yiyələnib.

Qolları "Liverpul"dan Trent Aleksander-Arnold (21-ci dəqiqə), Məhəmməd Salah (83-cü dəqiqə, penalti) və Darvin Nunyes (90+4-cü dəqiqə), "Siti"dən isə Xulian Alvares (70-ci dəqiqə) vurub.

Xatırladaq ki, ötən il də "Mançester Siti" Superkubok matçında "Lester Siti"yə 0:1 uduzaraq bu titula sahib çıxa bilməmişdi.