Bakı 23˚C Mostly cloudy

"İnsanın əsas vəzifəsi cəmiyyətə yararlı olmaqdır" - Deputat

Eksklüziv 15:00 19 okt, 2022
"İnsanın əsas vəzifəsi cəmiyyətə yararlı olmaqdır" - Deputat

"Liv Bona Dea Hospitalı"nda 18 oktyabr - Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirilib.

Qazet.az xəbər verir ki, tədbirin sonunda millət vəkili Məlahət İbrahimqızı jurnalistlərin suallarını cavablandırıb. 

O, tədbirin mahiyyəti barədə bunları deyib:

"Faydalı və düşündürücü tədbirin iştirakçısı oldum. Bir saatdan artıq davam etməsinə baxmayaraq tədbirdə hər kəs məruzəçini diqqətlə dinləyirdi. Hesab edirəm ki, bu tədbir bir həyat dərsi idi. Adətən, orta məktəbdə "Həyat bilgisi" tədris olunur. Bu gün isə bu mühazirənin hər bir cümləsi insanın həyatda başına gələ biləcək halları əks etdirir. Düşünürəm ki, iştirakçılar üçün də faydalı bir tədbir oldu. İnsan sosial bir varlıqdır, sosial varlığın da qarşısında verilən əsas məsuliyyəti cəmiyyətə yararlı olmaqdır. "Liv Bona Dea Hospitalı"nda belə bir tədbirin keçirilməsi isə xüsusilə önəmli oldu. Türkiyədən gələn məruzəçilər mükəmməl çıxış etdilər. Burada həm humanitar həm də keçirilən sosial layihələri alqışlayıram. Belə layihələrin daha da çox olacağına ümid edirəm".