Bakı 12˚C Cloudy

"İnsanlar film izləmək istəyirlər, xüsusilə İkinci Qarabağ Müharibəsi ilə bağlı filmlər gözləyirlər"- Hacı Səfərov

Eksklüziv 15:05 02 avq, 2022

Hələ də istehsalata buraxılan bədii film yoxdur 

"İnsanlar film izləmək istəyirlər, xüsusilə İkinci Qarabağ Müharibəsi ilə bağlı filmlər gözləyirlər"- Hacı Səfərov

Bu gün Milli Kino Günüdür. Xatırladaq ki, 124 il əvvəl- 1898-ci avqustun 2-də fotoqraf və naşir Aleksandr Mişon “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.  bədii kinosüjetlərini ilk dəfə lentə alır. 

Bu gün münasibəti ilə Qazet.az-a açıqlama verən kinoşünas Hacı Səfərovun sözlərinə görə,  2022-ci ilin ortasında hələ də istehsalata buraxılan bədii film yoxdur. İnsnlar film izləmək istəyirlər,  xüsusilə İkinci Qarabağ Müharibəsi ilə bağlı filmlər gözləyirlər.Amma hələlik  bunun kino dünyasında bir qarşılğı yoxdur.

Gündəmdə olan kino islahatları, Kino Agentliyinin gələcək iş mexanizmi haqqında öz fikirlərini bölüşən kinoşünas bildirdi ki, hal-hazırda milli film istehsalı üçün özəl sektorların dəstəyi lazımdır ki, uyğun bir şərait yaransın və onlar da öz bacarıq və istedadlarını sərgiləyə bilsinlər. 

Əgər söhbət son dövrlərdə keçirilən  piçinq ( layinəni şifahi izah etmə- red.)  müsabiqələrindən, ssenari yarışmalarından və bu kimi aktivliklərdən gedirsə, təbii ki,  bu Azərbaycan kinosu üçün müsbət bir haldır. Çünki bu  əslində dünya kinosunda illərdir istifadə olunan təcrübədir ki, biz onun artıq ölkəmizdə də tətbiq olunduğunu görürük. Bu cür tətbiq əslində daha plürüalist, yəni hamıya çatan bir yanaşmadır. Yəni,  burda təkcə bir neçə insan yox, istəyən və öz bacarığına güvənən, həqiqətən də kino ilə bağlı istedadı olan insanlar  özlərini sınayıb uğur qazana bilərlər. Bu baxımdan həqiqətən də müsbət addımdır. Eyni zamandamüsabiqələrin təşkil olunmağı digər tərəfdən bəzi mənfi tendensiyalar yaradır. Məsələn,  2021-ci ildə son  istehsalata buraxılan 3 filmin heç birinin büdcəsi açıqlanmayıb. Bu özü belə problemli məsələlərdir. Hazırda 2022-ci ilin ortasındayıq  və hələ də istehsalata buraxılan bədii film yoxdur. İnsnlar film izləmək istəyirlər,  xüsusilə İkinci Qarabağ Müharibəsi ilə bağlı filmlər gözləyirlər. Amma hələlik  bunun kino dünyasında bir qarşılğı yoxdur. Təbii nəzərə almaq olazımdır ki,  film istehsalı prosesi uzunmüddətli bir işdir. Bir il, bir il yarım vaxt alır, buna baxmayaraq demək olar ki, müharibədən iki il keçir və hələ də ortada nəsə olmaması özlüyündə bəzi haqlı iradlar da gətirir. 

Azərbaycan kinosunun gələcəyə nə vəd etdiyini  zaman göstərəcək. İndidən proqnoz vermək çətindir. Ən azından dünya təcrübəsini təkrarlayaraq düzgün bir yola qədəm qoyduğumuzu düşünürəm. Amma bu qədəmin nə qədər uğurlu və davamlı olacağı əsas məsələdir. Çünki bəzən insanlar dəyişdiyi zaman yenidən əvvəlki qaydalara əvvəlki praktikalara müraciət olunur ki, bu cür praktikalar da təbii ki, özlüyündə durğunluğu və istər-istəməz eyni səhvlərin təkrarlanmasına gətirib çıxarır. Mən yalnız buna ümid edə bilərəm ki, yenidən eyni səhvlər yaşanmaz. İnsanların həqiqətən də marağını çəkəcək filmlər ortaya çıxar və xüsusilə  özəl sektor bu prosesi dəstəkləyər. Bununla film istehsalı üçün uyğun bir şərait yaranacaq və onlar da öz bacarıq və istedadlarını sərgiləyə biləcəklər. 

Açığı Kino Agentliyinin iş mexanizminin necə olacağı barədə hələlik heç bir fikrim yoxdur. Çünki bu hələ ictimaiyyətə açıqlanmayıb. Və mənim indidən bu barədə nəsə deməyim  müəyyən mənada speklyuasiyadan o tərəfə keçməz. Ona görə də bu barədə nəsə deməyim düzgün deyil. Amma kino sahəsindəki durğunluğu barədə də mənim müəyyən tərəddüdlərim var. Çünki bu artıq publik hüquqi şəxsdir. Təbii ki, bu pulbik hüquqi şəxs  olaraq, proseslər sürətlənməli daha şəffaf bir mərhələyə qədəm qoymalıdır. İstənilən sahədə olduğu kimi burda da insan faktoru var. İnsan faktoru olduğu üçün tam əminliklə demək olmaz ki, qurum yarandı və  bu qurum hər şeyi mükəmməl edəcək. Çünki insanlardan asılıdır. Orda işləyən insanlardan asılıdır ki, onlar necə idarə edəcəklər, necə davranacaqlar və Azərbaycan kinosunu  hansı istiqamətə aparacaqlar, bunu sadəcə zaman göstərəcək. İndidən bunu proqnoz etmək olar ki, bu cür bir agentliyin  yaradılması  dünya təcrübəsini də nəzərə aldığımız zaman müsbət bir tendensiyadır. 

Amma ən azından  müəyyən mənada bu mövzuları gündəm də saxlayaraq, bu barədə danışaraq və onların qarşısına  ictimati bir tələb qoyaraq,  onlardan hesabtlılıq tələb edərək düşünmək olar ki, insanlara davamlı haqq-hesab verən, insanlarla hesablaşan, “insanlarla” deyəndə, yəni  kino camiyəsi, kinonun içində olanları nəzərdə tuturam. Ancaq bu halda kino agentliyi  uğur qazanacaq. Əks halda əgər yenə hər şey qapalı  qapılar ardında olacaqsa, şəffaflıq olmayacaqsa  və insanlar yenə eyni problemlərlə üzləşəcəksə sadəcə formal bir qurum yaranmış olacaq və durğunluq arada qalxmayacaq.

Hacı Səfərov
Kinoşünas

 

 

Müəllif: Firuzə Məlikzadə