Bakı 17˚C Cloudy

İnsanlar Marsa nə vaxt göndəriləcək?

Maraqlı 04:00 16 dek, 2022
İnsanlar Marsa nə vaxt göndəriləcək?

NASA 2 ildən sonra SpaceX şirkətinin Starship kosmik gəmisi vasitəsilə astronavtları Aya göndərməyi planlaşdırır.

Qazet.az xəbər verir ki, kosmik agentlik astronavtları Marsa göndərmək planından da imtina etməyib. Lakin bu məsələdə müəyyən qədər gözləmək lazım gələcək. Barack Obama ABŞ-ın 44-cü prezidenti olduğu müddətdə o, insanları Marsa göndərmək məqsədini qoymuşdu. Həmin vaxtda NASA düşünürdü ki, o, 2033-cü ilə kimi insanları Marsa göndərə biləcək. Lakin bütün bu illərdən sonra NASA əmin oldu ki, bu planı müəyyən müddətlik ertələmək lazım gələcək. Əsas problem Marsa uçuş zamanı ilə bağlıdır. belə ki, Yer kürəsindən Marsa çatmaq üçün minimum 6 ay vaxt lazımdır.

Burdan da ikinci vacib problem ortaya çıxır. Söhbət, astronavtların kosmik radiasiya şüalanmasına məruz qalmlarından gedir. Digər bir problem isə Ay, Yer kürəsi və Mars arasında qravitasiya təsirinin müxtəlif olmasındadır. Bu səbəbdən də Ay səthindən fərqli olaraq Mars səthindən uçuşu reallaşdırmaq daha çətin olacaq. Bütün bu faktorları nəzərə alaraq NASA-nın proqnozlarına əsasən insanların Marsa uçuşları ən yaxşı halda növbəti onilliyin sonunda baş verə bilər. NASA-nın rəhbəri Bill Nelson-un sözlərinə əsasən proqnozlaşdırılan bu müddət göstəricisinə həmçinin Artemis Ay missiyalarının nə dərəcədə uğurlu olub-olmayacaqları və texnologiyaların hansı sürətlə inkişaf etmələri də təsir göstərəcəklər.