İnsanları oyatmaq peşəsi - "Knocker Up"
Tarix
12:56 29 sen, 2021
Bu xidmət zəngli saat kimi vasitələrin geniş istifadəsindən sonra aktuallığını itirdi
Bir zamanlar Britaniyada icad edilən, bu maraqlı peşə ilə məşğul olan insanlara “knocker up” deyilirdi. Sənaye inqilabının ilk illəri, insanlar işə getmək üçün səhər tezdən oyanmalı idi. Əlbəttə ki, o vaxt zəngli saat yox idi, bu səbəbdən, özünüzə bir “knocker up” tutursunuz və o səhər qapınıza gələrək pəncərənizi siz oyanana qədər döyür.
Qazet.az xəbər verir ki, bu xidmət zəngli saat kimi vasitələrin geniş istifadəsindən sonra aktuallığını itirdi.
Xüsusilə Mançester kimi daha böyük sənaye şəhərlərində bu işi yerinə yetirən çox sayda insan var idi. Ümumiyyətlə, bu işdə əsasən yaşlı kişilər və qadınlar çalışırdı.