Bakı 22˚C Sunny

Instagram bu lenti geri qaytarmayacaq

Biznes 12:24 11 dek, 2021

Bu barədə əlavə məlumat gələn ilin əvvəlində geniş ictimaiyyətə çatdırılacaq

Instagram bu lenti geri qaytarmayacaq

Instagram-ın xronoloji xəbər lentini geri qaytarmaq fikrində deyil.

Qazet.az Trend-ə istinadən bildirir ki, bunu Facebook-un Rusiyə bölməsinin mətbuat xidməti bildirib.

"Biz xəbər lentinin yuxarısında kimin yazılarını görmək istədiyinizə qərar vermək imkanı olan "Seçilmişlər" bölməsi ilə sınaqlar keçiririk və izlədiyiniz insanların yazılarını xronoloji ardıcıllıqla görmək üçün başqa variant üzərində işləyirik. Biz insanlara daha çox seçim veririk ki, onlar nəyin daha yaxşı olduğuna qərar verə bilsinlər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, əlavə məlumat gələn ilin əvvəlində geniş ictimaiyyətə çatdırılacaq.

 

Əvvəllər bildirilmişdi ki, Instagram istifadəçilərə xəbər lentinə xronoloji ardıcıllıqla baxmaq imkanını geri qaytarmaq üzərində çalışır.