Bakı 20˚C Windy

İnstaqramdan istifadəçilərini sevindirəcək YENİLİK - FOTO

Biznes 11:52 12 yan, 2022

Hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək

İnstaqramdan istifadəçilərini sevindirəcək YENİLİK - FOTO

“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edilib.

Qazet.az xəbər verir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi “Twitter”də bildirib.

Məlumata görə, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.

Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.

İstifadəçilər paylaşımların yerini dəyişdirə, bəzilərini isə “Twitter” profillərində və “Telegram” kanallarında olduğu kimi yuxarıya “bərkidə” biləcəklər.