Bakı 25˚C Sunny

"İnter" 1500-cü qələbəsini qazanıb

Gündəm 12:26 22 sen, 2021

Milan təmsilçisi buna "Fiorentina"nı səfərdə 3:1 hesabı ilə məğlub etdiyi V tur oyununda nail olub

"İnter" 1500-cü qələbəsini qazanıb

İtaliyanın "İnter" klubu A Seriyasında 1500-cü qələbəsini qazanıb.

Qazet.az "OptaPaolo" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi buna "Fiorentina"nı səfərdə 3:1 hesabı ilə məğlub etdiyi V tur oyununda nail olub.

Komanda A Seriyasında ilk qələbəsini 1929-cu ildə "Livorno"ya qarşı əldə edib. Yubiley 91 il 11 ay və 15 gün sonra gerçəkləşib.

Qeyd edək ki, 5 oyundan sonra 13 xal toplayan "İnter" A Seriyasında liderdir. Komanda 2020/2021 mövsümündə çempion olub.