Bakı 30˚C Mostly cloudy w/ showers

"İnter" AVRO-2020-də huşunu itirən futbolçusunu satır

Gündəm 12:47 29 okt, 2021

“Səbəb 29 yaşlı yarımmüdafiəçinin bu ölkədə məşq edə bilməməsidir”

"İnter" AVRO-2020-də huşunu itirən futbolçusunu satır

İtaliyanın "İnter" klubu futbolçusu Kristian Erikseni satmağı planlaşdırır.

Qazet.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, səbəb 29 yaşlı yarımmüdafiəçinin bu ölkədə məşq edə bilməməsidir.

Danimarkalı oyunçunun Avropa çempionatında başına gələnlərdən sonra İtaliyanın tibb orqanları onun cari mövsüm idmanla məşğuliyyətinə müvəqqəti qadağa qoyub.

Milan təmsilçisi Erikseni oynaya biləcəyi kluba satmağı nəzərdən keçirir.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.