"İnter"in əsas oyunçusu növbəti dəfə zədələndi
İdman
15:30 31 okt, 2022
"İnter"in futbolçusu Romelu Lukaku yenidən zədələnib.
Qazet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu sabah Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Bavariya" ilə, A seriyasında isə noyabrın 6-da "Yuventus"la matçı buraxacaq. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, bu, Lukakunun 2022/23 mövsümündə artıq 2-ci zədəsidir. O, omba zədəsi səbəbində sentyabr ayında və oktyabr ayının böyük hissəsində oynaya bilməyib.