Bakı 0˚C Cloudy

İnternet və "Playstation" klublarında bu şərtlər tətbiq olunacaq - VİDEO

Cəmiyyət 12:00 30 sen, 2021

Bu zaman müəyyən qaydalara mütləq əməl edilməlidir

İnternet və "Playstation" klublarında bu şərtlər tətbiq olunacaq - <span style="color:red">VİDEO</span>

COVID-19 pasportu olmayan şəxslər oyun zallarına daxil ola bilməyəcəklər.

Qazet.az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə mərkəzlərinin gecə saat 12-ə qədər fəaliyyəti bərpa edilir. Bu zaman müəyyən qaydalara mütləq əməl edilməlidir.

Qeyd edək ki, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntulara görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.