İnvestisiya Holdinqi və DLW şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gündəm
16:33 04 noy, 2021
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında yazıb
Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında yazıb.
"Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, Azərbaycanın beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur", - o qeyd edib