Bakı 21˚C Windy

İnzibati cərimələrə dair elektron informasiya sistemi yaradılacaq

Biznes 18:57 23 dek, 2021

Cərimələrin əks olunduğu elektron informasiya sistemi yaradılacaq

İnzibati cərimələrə dair elektron informasiya sistemi yaradılacaq

İnzibati cərimələrin əks olunduğu elektron informasiya sistemi yaradılacaq.

Qazet.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi dövlət orqanları (qurumları) tərəfindən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrin dövlət büdcəsinə və ya həmin orqanların (qurumların) hesabına köçürülən hissəsinə dair məlumatların təhlili məqsədilə doqquz ay müddətində elektron informasiya sisteminin yaradılmasını təmin etməlidir.