"iPhone 14" təqdim olunub - VİDEO
!["iPhone 14" təqdim olunub - VİDEO](https://qazet.az/resized/fit900x500/center/pages/102144/9d2573db-52db-3c45-92d0-57b35a7e33e1-850.jpg)
"Apple" şirkəti yeni "iPhone 14" smartfonlarını təqdim edib.
Qazet.az xəbər verir ki, smartfonlar iki versiyada buraxılacaq: 6,1 düymlük ekranla və MAX - 6,7 düym böyüdülmüş ekranla. Yeni modellərdə mini versiya yoxdur. "iPhone 14" əvvəlki nəsil ilə eyni dizayndadır və beş rəngdə mövcuddur: ağ, qara, çəhrayı, xama, qırmızı. Apple batareyanın ömrünü artırdığını iddia edir, lakin dəqiq rəqəmlər vermir.
"iPhone 14" əvvəlki nəsil altı nüvəli "Apple A15 Bionic" ilə eyni çipə, əsas kamera 12 meqapiksel təsvir ölçüsünə və f/1.5 diaframa malikdir. Təqdim olunan qurğular mobil operatorların əhatə dairəsi olmadıqda işləyəcək peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyir.
"iPhone 14" 799 dollar, "iPhone 14 Max" 899 dollardır. Öncədən sifarişlər sentyabrın 9-dan qəbul ediləcək, smartfonlar isə sentyabrın 16-da satışa çıxarılacaq.
Sentyabrın əvvəlində Apple cihazın təkmilləşdirilməsi ehtiyacı fonunda yeni smartfonların uğurlu satışını proqnozlaşdırmışdı.