"İphone" istifadəçiləri üçün YENİLİK
Gündəm
15:58 26 okt, 2022

"Apple" istifadəçilər üçün yenilik edib.
Qazet.az xəbər verir ki, şirkətin marketinq direktoru Qreq Cosviak bildirib ki, "Apple" Aİ tələblərinə uyğun olmaq üçün iPhone-da USB-C şarj portu tətbiq etməli olacaq.
Eyni zamanda o, simsiz şarj cihazlarının istifadəsinin problemi həll edə biləcəyinə işarə edib.
"Apple" USB Type-C şarj portu ilə iPhone-u istehsal edəcəyini təsdiqləyib.
Qreq Cosviak "Aydındır ki, biz buna əməl etməli olacağıq, başqa seçimimiz yoxdur"deyə bildirib.
O, Apple-ın USB-C ilə "iPhone" istehsalına nə vaxt başlayacağı ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.
Qeyd edək ki, Aİ-də qəbul edilən qanun 2024-cü ilin payızından başlayaraq bütün mobil telefon və planşetlərin USB-C şarjından istifadə etməsini tələb edir.