Bakı 18˚C Mostly sunny

İqtisadiyyat Nazirliyi yeni mərkəz təsis edib

Gündəm 18:45 02 noy, 2021

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb

İqtisadiyyat Nazirliyi yeni mərkəz təsis edib

“Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası” təsdiq edilib.

Qazet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Məlumat mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib.

Mərkəz Nazirliyin strukturuna daxil olan qurumun struktur bölməsi kimi təsis olunur.