“İqtisadiyyata 150 min sərmayə qoy, vətəndaşlıq al” – Ermənistanda yeni qərar
Gündəm
19:24 16 okt, 2022
Ermənistan polisi bəzi əcnəbi vətəndaşların sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığını ala biləcəyi meyarları təqdim edib.
Qazet.az xəbər verir ki, qərar normativ-hüquqi aktların layihələrinin dərci üçün vahid internet saytında yayımlanıb.
Layihəyə görə, iqtisadiyyata 150 min dollar sərmayə qoyan əcnəbilər Ermənistan vətəndaşlığını ala bilərlər.