İrakli Qaribaşvili: “Batumidə xilasetmə işlərində 300-ə yaxın xilasedici iştirak edir”
İ.Qaribaşvili hadisənin başvermə səbəbləri ilə bağlı versiyalar barədə danışmayıb. O qeyd edib ki, faktla bağlı aparılan istintaqın nəticələrini gözləmək lazımdır.
“Batumidə həyata keçirilən xilasetmə işlərində 300-ə yaxın xilasedici iştirak edir”.
Qazet.az xəbər verir ki, bunu Batumidə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dağıntılar altında 15-ə yaxın insan qalıb və onların çıxarılması istiqamətində intensiv xilasetmə işləri aparılır: “Çox kədərli və faciəvi hadisə baş verib. Xilasedicilərimiz ərazini tez bir zamanda təmizləmək və insanlara kömək etmək üçün əllərindən gələni edirlər”.
İ.Qaribaşvili hadisənin başvermə səbəbləri ilə bağlı versiyalar barədə danışmayıb. O qeyd edib ki, faktla bağlı aparılan istintaqın nəticələrini gözləmək lazımdır.