Bakı 6˚C Dreary

İrakli Qaribaşvili: “Ukrayna vətəndaşlarının Gürcüstanın daxili işlərinə qarışması yolverilməzdir”

Gündəm 15:41 12 noy, 2021

"Mixeil Saakaşvili digər məhbuslar kimi cəzaçəkə müəssisəsində olduğu ilk gündən 24 saat ərzində müvafiq tibbi yardım alır"

İrakli Qaribaşvili: “Ukrayna vətəndaşlarının Gürcüstanın daxili işlərinə qarışması yolverilməzdir”

Gürcüstanın hökumət Administrasiyası Baş nazir İrakli Qaribaşvili və Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılmış telefon danışığı barədə məlumat yayıb.

Qazet.az-ın xəbər verir ki, söhbətin Ukraynanın dövlət başçısının təşəbbüsü əsasında baş tutduğu bildirilib.

İ.Qaribaşvili deyib ki, Mixeil Saakaşvili digər məhbuslar kimi cəzaçəkə müəssisəsində olduğu ilk gündən 24 saat ərzində müvafiq tibbi yardım alır.

Onun sözlərinə görə, vəkillər, ailə üzvlərinə Ukrayna vətəndaşı olan Saakaşvilini ziyarət etməsinə icazə verilib və müəssisədə olduğu müddətdə ona 100-dən çox ziyarətçi baş çəkib.

O, M.Saakaşvilinin qanunsuz hərəkətlərini təxribatçı, destruktiv və sabitliyə təhdid kimi qiymətləndirib və vurğulayıb ki, Ukrayna vətəndaşlarının Gürcüstanın daxili işlərinə qarışması yolverilməzdir.

İ.Qaribaşvili həmçinin V.Zelenskini axtarışda olan M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi və onun bundan əvvəl digər ağır cinayətlərdə ittiham və məhkum olunması barədə də məlumatlandırıb.

V.Zelenskinin ukraynalı həkimlərin M.Saakaşviliyə baş çəkməsi ilə bağlı xahişinə gəlincə, baş nazir bildirib ki, peşəkar və yüksək ixtisaslı gürcü həkimlər onun sağlamlığının qayğısına qalırlar.