Bakı 2˚C Mostly cloudy

İran 715 məhkumu azad etdi

Gündəm 14:33 29 noy, 2022
İran 715 məhkumu azad etdi

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb.

O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.