Bakı 7˚C Dreary

İran ABŞ-da ikiüzlülükdə ittiham edir

Gündəm 16:48 24 okt, 2022
İran ABŞ-da ikiüzlülükdə ittiham edir

ABŞ-ın “nüvə danışıqlarının dayandırıldığı” bəyanatı ikiüzlülükdür.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib.

Tehranda keçirilən həftəlik mətbuat konfransında açıqlama verən N.Kenani qeyd edib ki, amerikalılar razılaşmaya qayıdışın mümkün olmadığı, danışıqların dalana dirəndiyi və ya heç bir planlarının olmadığı barədə bəyanatlar verərkən niyə mesaj verirlər?

"Niyə vasitəçilər vasitəsilə razılaşmanı qorumağa hazır olduqlarını vurğulayırlar?", – deyə mətbuat katibi bildirib.