İran açıqladı - "Azərbaycanla problemlər həll olundu"
İran parlamentinin sədri Məhəmməd Bəkir Kalibaf ölkəsi ilə Azərbaycan arasında son zamanlar müəyyən anlaşılmazlıqların olduğunu, lakin iki ölkə arasında aparılan danışıqlar nəticəsində bu problemlərin aradan qalxdığını bildirib.
Qazet.az xəbər verir ki, Məhəmməd Bəkir Kalibaf Türkiyə səfərindən sonra Təsnim agentliyinə açıqlamasında belə deyib. Kalibaf Bakıya səfər edəcəyini ifadə edib. O bildirib ki, Antalyada keçirilən Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü zamanı üç ölkə arasında enerji nəqli və tranzitlə bağlı məsələlər müzakirə olunub. Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutları ilə bağlı Türkiyə və Azərbaycanla danışıqlar aparıldığını bildirən Kalibaf deyib ki, xarici işlər və müdafiə nazirləri səviyyəsində nəqliyyat, tranzit keçidləri və ticarətlə bağlı üçtərəfli görüşlərin və danışıqların aparılması qərara alınıb.
Qeyd edək ki, Antalyada Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası keçirilib.