İran açıqladı: Hər zaman Dəməşqin tərəfindəyik...
Siyasət
13:21 10 okt, 2021
Hər zaman Dəməşqin tərəfindəyik
Suriya inkişaf və tərəqqi yolundadır və İran Suriyaya qarşı terror savaşında olduğu kimi, Dəməşqin tərəfində qalacaq.
Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Moskva və Beyrut səfərimin davamı olaraq, məsləhətləşmələri başa çatdırmaq və Prezident Bəşər Əsədlə görüşmək üçün bu gün Dəməşqə gəldim. İran İslam Respublikasının strateji tərəfdaşları və dostları, o cümlədən Suriya ilə görüşərək, söhbət edərək və məsləhətləşərək regional hadisələrə və ikitərəfli əlaqələrə hər zaman ciddi diqqət göstərmişik”, - İran XİN başçısı bildirib.