Bakı 6˚C Dreary

İran danışıqların müsbət nəticəsinə ümid edir

Gündəm 15:20 11 noy, 2021

İranlı nazir aparılan danışıqlardan nikbin görünür.

İran danışıqların müsbət nəticəsinə ümid edir

İran İslam Respublikasını xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa danışıqlarının müsbət nəticəsinin olacağına ümid etdiyini bildirib.

Qazet.az xəbər verir ki, iranlı nazir siyasi məsələlər üzrə müavini Əli Baqerinin Avropa ölkələrində keçirdiyi görüşləri müvəffəqiyyətli hesab edib.  

O, öz tvitter hesabında buna işarə edərək “Biz Vyana müzakirələri masasında yaxşı qarşılıqlı razılaşma əldə etməyə hazırıq. Bütün tərəflərin öz öhdəliklərinə qayıtması mühüm və  perspektiv yaradan bir əsasdır” deyə münasibət ifadə edib.