İran dövlət teleradio şirkətinin 5 aparıcısı xalq etirazlarına dəstək məqsədilə istefa verdi
Gündəm
23:52 11 okt, 2022
İran dövlət teleradio şirkətinin 5 aparıcısı xalq etirazlarına dəstək məqsədilə istefa verdi.
Qazet.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. İran xalqının qiyamının davam etməsi ilə rejimin dövlət orqanları və qurumlarında itkilər getdikcə artmaqdadır. Son günlər hərbi qulluqçularla yanaşı, İslam Respublikasının dövlət teleradio şirkətinin 5 tanınmış aparıcısı rejimlə əməkdaşlığı davam etdirməkdən imtina edib.