Bakı 29˚C Mostly cloudy w/ showers

"Ermənistanla dostluq əlaqələrinin genişlənəcəyinə ümid edirik" - İrandan təbrik məktubu

Siyasət 18:12 21 sen, 2021

İran Prezidenti İbrahim Rəisi Ermənistan Prezidenti Armen Sarkisyana təbrik mesajı ünvanlayıb

"Ermənistanla dostluq əlaqələrinin genişlənəcəyinə ümid edirik"<span style="color:red"> - İrandan təbrik məktubu</span>

İranın yüksək rütbəli rəsmiləri Ermənistanı və erməni xalqını ölkənin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik ediblər. 

Qazet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

İran Prezidenti İbrahim Rəisi Ermənistan Prezidenti Armen Sarkisyana təbrik mesajında, İranın Ermənistanla dostluq əlaqələrini genişləndirəcəyini yazıb. 

"Ümid edirəm ki, iki ölkə xalqlarının qarşılıqlı maraqlarını təmin etmək üçün İran və Ermənistan arasında dostluq əlaqələri genişlənəcəkdir. İki ölkə xalqlarının rifahını və milli maraqlarını təmin etməklə birlikdə bölgədə davamlı təhlükəsizliyin və sülhün möhkəmləndirilməsi təmin olunacaq. "

Xatırladaq ki, bir neçə digər İran rəsmisi də erməni həmkarlarına mesaj göndərərək onları və erməni xalqını Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.