“İran Ermənistanla əlbir olaraq 30 ildir Cəbrayıl üzərindən Avropaya narkotik daşıyırdı" - İlham Əliyev
Azərbaycan Prezidenti Ermənistan və İranın qeyri-qanuni əməllərindən danışıb
"Təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün işğal edilmiş ərazilərimizdən istifadə edib".
Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.
"Azərbaycan-İran sərhəddinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib. İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - İlham Əliyev bildirib.