İran hakimiyyətinin sonunu göstərən görüntülər: Qəzəbli sakinləri dini-elmi mərkəzə hücum etdilər
Cəmiyyət
05:19 08 okt, 2022
Bir neçə gün öncə İranın hökumət qüvvələri tərəfindən qətlə yetirilən gənc qız Nika Şakərəminin qəminə batmış Xorrəmabad şəhərinin qəzəbli sakinləri dini-elmi mərkəzə hücum ediblər.
Qazet.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Sosial şəbəkələrdə İran hakimiyyətinin sonunun çatdığını açıq göstərən görüntülər yayımlanıb.
Belə ki, Tehran əhalisi var gücü ilə hökumətə meydan oxuyur, hökumətə ölüm şüarı səsləndirir, hakimiyyət isə gözə dəymir.