Bakı 18˚C Intermittent clouds

İran inad edir: İsrailin Azərbaycanda “casusluğu”…

Gündəm 18:10 09 okt, 2021

İsrailin Azərbaycanda “casusluğu”…

İran inad edir: <span style="color:red">İsrailin Azərbaycanda “casusluğu”…</span>

İran Sərhəd Xidməti siyasi hakimiyyətin bəhanəsini təkrarlayaraq, İsrailin guya Azərbaycanda “casusluq fəaliyyəti” ilə məşğul olduğunu iddia edib.

Qazet.az axar.az-a istinadən xəbər verir ki, bu haqda İranın Sərhəd Mühafizə Xidmətinin komandanı Əhməd Əli Qudarzi deyib.

Qudarzi guya israillilərin Azərbaycanın vacib və həssas yerlərində yerləşdiklərini, İran əleyhinə casusluqla məşğul olduqlarını bildirib.

Buna baxmayaraq, o deyib ki, İran sərhədi, xüsusilə, şimal və şimal-qərbdə daha təhlükəsizdir, narahat olmağa ehtiyac yoxdur.

Qeyd edək ki, İran regional iddiası və ambisiyaları səbəbindən Azərbaycana qarşı “sionizm” yalanından istifadə edir. Ancaq indiyə qədər heç bir fakt təqdim edilməyib.