Bakı 6˚C Intermittent clouds

İran İngiltərədən borcunu tələb etdi

Gündəm 18:56 08 noy, 2021

Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, Vyana danışıqları, konsulluq məsələləri və bir sıra regional mövzular barədə fikir mübadiləsi aparılıb.

İran İngiltərədən borcunu tələb etdi

Bugün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə ingiltərəli həmkarı Liz Tras arasında telefon danışığı olub.

Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, Vyana danışıqları, konsulluq məsələləri və bir sıra regional mövzular barədə fikir mübadiləsi aparılıb.

İranın xarici işlər naziri İngiltərənin ölkəsinə çoxdankı borcunu xatırladaraq tez bir zamanda bu borcun qaytarılmasını istəyib. O, bunu İran millətinin haqqı hesab edib və borcun geri qaytarılması üçün rəsmi Londonu təcili addımlar atmağa çağırıb.