Bakı 19˚C Mostly sunny

İran İslam Respublikasının xarici işlər nazirinin ölkəmizə rəsmi səfəri baş tutdu

Gündəm 14:03 22 dek, 2021

İranın xarici işlər naziri bir sıra görüşlər keçirəcək

İran İslam Respublikasının xarici işlər nazirinin ölkəmizə rəsmi səfəri baş tutdu

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan artıq Bakıdadır.

Qazet.az xəbər verir ki,  Hüseyn Əmir Abdullahiyan ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi, regional məsələlər barədə fikir mübadiləsi aparmaq məqsədilə bugün ölkəmizə səfər edib. Səfər çərçivəsində Hüseyn Əmir Abdullahiyan xarici işlər naziri Ceyhun Bayramov və Milli məclisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq. İranlı diplomatın Prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycana ilk rəsmi səfəridir.